BAKI, 31 may — Sputnik. Qərb Moskvanın heç vaxt nüvə silahından istifadə etməyəcəyini düşünərək səhvə yol verə bilər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün "Telegram" kanalında məlumat verib.
Siyasətçi vurğulayıb ki, bir müddət əvvəl Qərb siyasətçiləri Rusiyanın Ukrayna ilə açıq hərbi münaqişəyə girməyəcəyinə əminlik ifadə etsələr də, səhvə yol veriblər.
"Taktik nüvə silahlarının istifadəsi məsələsində də səhvə yol verilə bilər. Həm də, bu ölümcül səhvə bərabər ola bilər" - Medvedev yazıb.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Qərblə münaqişə hazırda ən pis ssenari üzrə inkişaf edir və heç kim onun "son mərhələyə" keçidini istisna edə bilməz.