BAKI, 31 may — Sputnik. Rusiya iqtisadiyyatının artım tempi çox müsbətdir.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"İqtisadiyyatımızın artım tempi çox müsbətdir. İqtisadiyyat sürətlə inkişaf edir. Hökumət və iqtisadi blok tərəfindən ciddi işlər görülür. İqtisadiyyat artır və bu, müsbət haldır" – Peskov jurnalistlərə müsahibəsində deyib.
Qeyd edək ki, bu gün, mayın 31-də Dünya Bankı Rusiya Federasiyasının hələ 2021-ci ildə alıcılıq qabiliyyəti paritetinə görə dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrildiyini bildirən məlumat yayıb.
Çin 2021-2023-cü illər üçün reytinqin lideri olaraq qalır. 2023-cü ildə ÇXR-də ÜDM 35 trilyon dollar olub. İkinci yerdə ABŞ (27,4 trilyon dollar), üçüncü yerdə isə Hindistan (14,6 trilyon dollar) qərarlaşıb.