BAKI, 31 may — Sputnik. İran parlamentinin keçmiş sədri Əli Laricani prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
Əli Laricaninin sözlərinə görə, iqtisadi tərəqqi üçün sanksiyaların ləğvi onun diplomatiyadakı prioritetləri arasında olacaq.
Laricani üç çağırış parlamentin sədri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Radio və Televiziya Təşkilatının rəhbəri olub. O, Məqsəd Şurasının faktiki üzvüdür.
İranda Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından 50 gün sonra - iyunun 28-də ölkədə prezident seçkiləri keçiriləcək. Bu gün qeydiyyatın ikinci günüdür, indiyə kimi 6 nəfər - Məhəmmədrza Sabaqian, Abbas Müqtədai, Mustafa Kavakbian, Kadratali Haşimtian, Səid Cəlili və Əli Laricani qeydiyyatdan keçib.