BAKI, 31 may — Sputnik. "Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 31-də keçirilən plenar iclasında deyib.
Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: "Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".