DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya özünün "Patriot" sistemlərinin dörddə birini Ukraynaya verib

Boris Pistorius Almaniyanın müdafiəsində boşluqlara səbəb olsa da, bu hərəkətlərin düzgün olduğunu bildirib.
Sputnik
BAKI, 31 may — Sputnik. Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin "Patriot" zenit-raket komplekslərinin (SAM) dörddə birini Ukraynaya təhvil verdiyini bəyan edib.
O, bu barədə hava hücumundan müdafiə qoşunlarına baxış keçirdikdən sonra mətbuat konfransında bildirib.
"Aprelin ortalarında biz üçüncü Patriot qurğusunu Ukraynaya göndərmək qərarına gəldik. Həm də bununla da bizim "Patriot" potensialımızın dörddə birini bu ölkəyə verəcəyimizi dərk edərək" - Pistorius sözünə davam edib.
Eyni zamanda, o, Almaniyanın müdafiəsində boşluqlara səbəb olsa da, bu hərəkətlərin düzgün olduğu fikrini bildirib.
Nazir, həmçinin vurğulayıb ki, Berlin öz təlimatçılarını Ukrayna ərazisinə göndərməyi düşünmür, çünki bu, çox böyük riskdir.
Bundan əvvəl Pistorius Ukraynaya 500 milyon avro məbləğində yeni hərbi yardım paketinin ayrıldığını açıqlamış, lakin yeni paketə konkret nələrin daxil ediləcəyini söyləməmişdi.