"Crocus City"də terror aktı

"Crocus City" terroruna dair daha bir cinayət işi açıldı: Təhlükəsizlikdə problem olub

"Crocus"da yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsin də iştirak etdiyi səhlənkarlıqla bağlı daha bir cinayət işi araşdırılır.
Sputnik
BAKI, 31 may - Sputnik. "Crocus City Hall"da törədilən terror aktı ilə əlaqədar Rusiya Federasiyasının İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb və onu terror aktı ilə bağlı cinayət işinə əlavə edib.
Bu barədə terror aktında təqsirləndirilən şəxslərin şikayətinə baxan Moskva Şəhər Məhkəməsinin apellyasiya qərarında qeyd edilib.
"25 mart 2024-cü ildə istintaq orqanı naməlum şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb" - məhkəmənin qərarında deyilir.
Bundan əlavə, "Crocus"da yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsin də iştirak etdiyi, səhlənkarlıqla bağlı daha bir cinayət işi araşdırılır.
Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" binasında terror aktı törədilib. Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 144-ə çatıb, 551 nəfər yaralanıb. Həmin gün Bryansk vilayətində terror aktını törədən dörd nəfər saxlanılıb.
Daha sonra hücum edənlərin şərikləri olduğu ehtimal edilən Aminçon və Dilovar İslamov qardaşları və onların atası İsrail İslamov, Əlişir Kasımov, Lütfüllo Nəzrimada, Yakubconi Yusufzoda, Məhəmməd Şaripzoda və Cumaxon Kurbonov saxlanılıblar.
İstintaqın məlumatına görə, onların hamısı gözlənilən terror aktından xəbərdar olub və hücum edənlərə yardım ediblər. İslamovlar ailəsi idarə etdikləri avtomobili terror aktını törədənlərə satıb, Kasımov isə onlara mənzil kirayələyib.
Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktını həyata keçirənlərin Ukrayna millətçiləri ilə əlaqəsini sübuta yetirdiklərini bəyan edib.
12.04.24, 10:37
ABŞ “Krokus” terror aktı ilə bağlı istintaqı çaşdıra bilməyəcək - Rusiya XİN
Birləşmiş Ştatlar Crocus City Halldakı terror aktının təhqiqatı zamanı istintaqı qarışdıra və onu yanlış yola sala bilməyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Arqumentı i Faktı”-ya müsahibəsində bildirib.

“Biz ABŞ-ın müxtəlif kanallar vasitəsilə dünya ictimaiyyətini İŞİD*-in Əfqanıstan qolu Vilayət Xorasan* tərəfdarlarının Krasnoqorskdakı terror aktında əli olduğuna inandırmağa necə çalışdığını görürük. Siz başa düşməlisiniz ki, Birləşmiş Ştatlar bu qanlı cinayətin təhqiqatında iştirak etmir və onlar onun gedişatına heç bir təsir göstərə bilməzlər, nəinki istintaqı yanlış yola yönəltmək", - diplomat bildirib.

Zaxarova qeyd edib ki, Vaşinqtonun hərəkətləri onun ittihamlarını ağartmaq üçün ictimai rəyi manipulyasiya etməyə yönəlib, söhbət Kiyev rejiminin nümayəndələrindən getdiyinə aydınlıq gətirib.
XİN rəsmisi xatırladıb ki, hətta təhqiqatın ilkin nəticələrini almamışdan əvvəl Ağ Ev və Dövlət Departamenti Ukraynanın terror aktı ilə heç bir əlaqəsi olmadığını bəyan etməyə tələsiblər.

"Onlar ilk növbədə şübhələri özlərindən yayındırmaq üçün Kiyev rejimini sözün əsl mənasında sipər edirlər", - Zaxarova bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyan etmişdi ki, ABŞ-ın müvafiq strukturları “Krokus Siti Holl”da törədilən terror aktına görə müttəfiqləri İŞİD*-in Əfqanıstan qolunun məsuliyyətinə inandırmağa çalışır.
* Rusiya Federasiyasında qadağan edilmiş terror qruplaşması
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.