SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN başçısı: Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Biz gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləməyə davam edəcəyik.
Sputnik
BAKI, 30 may — Sputnik. Pakistan Azərbaycanın sülh prosesindəki səylərini yüksək qiymətləndirir. Bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlərin yekunu üzrə birgə mətbuat konfransı zamanı deyib.
Pakistan XİN başçısı Azərbaycanın Cammu və Kəşmir məsələsindəki mövqeyinə də toxunub.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə
"Biz gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləməyə davam edəcəyik. Biz Azərbaycanı Cammu və Kəşmir mübahisəsi ilə bağlı ardıcıl və prinsipial mövqeyini də yüksək qiymətləndiririk. Kəşmir üzrə təmas qrupunun dəyərli üzvü kimi Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanır" - nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.