BAKI, 30 may — Sputnik. Mayın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 30-da kim anadan olub?
Mirzə Ələkbər Sabir (1862-1911) - Azərbaycan şairidir. Onun şeirləri "Molla Nəsrəddin" jurnalında dərc olunub. 1912-ci ildə şairin ölümündən sonra onun "Hop-Hop-Namə" adlı şeirlər toplusu nəşr olunur.
Karl Faberje (1846-1920) - rusiyalı zərgər, ailə zərgərlik şirkətinin yaradıcısıdır. O, bütün dünyada kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilən "Faberje" yumurtalarının yaradıcısıdır.
Ziyarətçi Karl Faberjenin "Zanbaq" əsərinə baxır
© AFP 2024 / OLGA MALTSEVA
Aleksey Leonov (1934-2019) - 11 nömrəli sovet pilot-kosmonavtı və dünyada kosmosa çıxan ilk insandır.
Aleksandr Demyanenko (1937-1999) - Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artistidir. O, daha çox Leonid Qaydayın "I" əməliyyatı və Şurikin digər sərgüzəştləri" və "Qafqaz əsiri və ya Şurikin yeni sərgüzəştləri" komediyalarında Şurik rolunun, həmçinin "İvan Vasilyeviç peşəsini dəyişir" filmində mühəndis Timofeyev rolunun ifaçısı kimi tanınır.
Aleksandr Demyanenko
© Sputnik
30 May tarixində dünyada baş verən tarixi hadisələr
1431-ci ildə Fransanın milli qəhrəmanı, Yüzillik Müharibə zamanı fransız qoşunlarına komandanlıq etmiş Janna d'Ark Ruanda yandırılıb.
1498-ci ildə ispan dənizçisi Xristofer Kolumbun üçüncü ekspedisiyası başlayıb.
1896-cı ildə Nyu-Yorkda tarixdə ilk yol qəzası rəsmi olaraq qeydə alınıb: Henri Uellsin avtomobili velosipedlə toqquşub. Qəza nəticəsində velosipedçinin ayağı sınıb.
1965-ci ildə Moskva ilə Stokholm və Moskva ilə Oslo arasında birbaşa dəmir yolu açılıb.
1971-ci ildə ABŞ-ın "Mariner" avtomatik planetlərarası stansiyası orbitə buraxılıb və həmin il noyabrın 14-də Marsın orbitinə çatıb. Bu stansiya başqa bir planetin orbitinə çıxan ilk kosmik gəmi olub.
Bu gün Beynəlxalq Feminizm Günüdür. Məhz bu gün insanlara kişi və qadın bərabərliyini xatırlatmaq üçün nəzərdə tutulmuş bir bayramdır.