BAKI, 30 may — Sputnik. Rusiya Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyir və məsləhətləşmələrdə kömək etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə işin praktiki mərhələsinin başlanmasını izləyirik. Bu, regional sabitlik üçün vacibdir", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
© Sputnik / Станислав Красильников
/ XİN rəsmisi vurğulayıb ki, Moskva razılaşmaların davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olması və regionda davamlı sülhün əldə edilməsi üçün əsas sayır.
"Biz həmişə etdiyimiz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi köməyi göstərməyə hazır olduğumuzu təsdiq edirik", - XİN nümayəndəsi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.