BAKI, 30 may — Sputnik. Rusiya və Çin Silahlı Qüvvələri ümumi maraqların qorunmasında, regional və qlobal sülh və sabitliyin təmin edilməsində fəal rol oynamağa davam edəcəklər.
Bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan brifinqdə deyib.
U Tsyan onu da qeyd edib ki, son illərdə Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında yeni dövrdə Çin-Rusiya münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədə qorunub saxlanılıb.
“İki ölkənin silahlı qüvvələri yüksək səviyyəli mübadilələr, peşəkar mübadilələr, birgə təlimlərin keçirilməsi sahəsində, iki ölkə və iki dövlətin orduları arasında ənənəvi dostluğun inkişafında, ümumi maraqların müdafiəsində, regional və qlobal sülhün, sabitliyin qorunmasında fəal rol oynayaraq praktiki əməkdaşlığı dərinləşdirməyə davam edəcəklər”, - Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.