RUSİYA

İrəvandakı etirazlar Ermənistanın daxili işidir - Zaxarova

Rusiya XİN rəsmisi deyib ki, Ermənistan xalqı ilə çox mehriban, sağlam əlaqələri inkişaf etdirmək niyyətindədirlər.
Sputnik
BAKI, 30 may — Sputnik. "Moskva İrəvandakı etirazlara Ermənistanın daxili işi kimi baxır. Rusiyanın məqsədi Ermənistan ilə dostluq münasibətlərini inkişaf etdirməkdir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz öz növbəmizdə Ermənistan xalqı ilə çox mehriban, sağlam əlaqələri inkişaf etdirmək niyyətindəyik və bu əlaqələrbu gün dediyim kimi, göstərdiyimiz real, qardaşlıq yardımı şəklində özünü göstərir", - Zaxarova vurğulayıb.

Ermənistanda Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qaltsyanın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra başlayıb.
İrəvan əslində Azərbaycan SSR-in tərkibində olan və 1990-cı illərdən Ermənistanın nəzarətində olan 4 kəndin Bakıya verilməsinə razılıq verib. "Tavuş - Vətən naminə" hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana torpaqlarını verməkdə ittiham edərək istefasını tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.