BAKI, 30 may — Sputnik. Moskva Taliban*ın (BMT-nin terror fəaliyyətinə görə sanksiyaları altında) inklüziv hökumət yaratmaq vədlərini yerinə yetirəcəyini gözləyir, lakin bunu Əfqanıstanla bağlı siyasəti ilə əlaqələndirmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır.
"Əfqanıstanla bağlı xəttimiz dəyişməz olaraq qalır. Onlarla heç bir məhdudiyyəti nəzərə almadan müxtəlif sahələrdə, o cümlədən ticarət və iqtisadi əlaqələri gücləndirmək reallıqlarını nəzərdən keçirməliyik" - Rudenko deyib.
"Biz gözləyirik ki, Taliban hərəkatı əvvəllər açıq şəkildə beynəlxalq ictimaiyyətə verdiyi bütün vədləri yerinə yetirsin. Amma biz bunu heç bir şərt kimi qoymuruq və bunu onların Rusiya ilə bağlı siyasəti ilə əlaqələndirmirik" - Rudenko bildirib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya "Taliban"la hansısa formada əlaqələr qurmalıdır.
""Taliban"la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir" - deyən Putin qeyd edib ki, Rusiya "Taliban"ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır.
"Qərar birlikdə işlənəcək" - Rusiya prezidenti vurğulayıb.
2021-ci il avqustun əvvəlində Taliban (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altında) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirir, avqustun 15-də Kabilə daxil olur və ertəsi gün müharibə elan edir. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Həmin il sentyabrın əvvəlində Talibanın birinci hakimiyyəti dövründə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun başçılığı ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
*Rusiyada fəaliyyəti qadağan olunmuş təşkilat
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.