BAKI, 30 may — Sputnik. Avropa İttifaqının dörd Rusiya mediasının Avropa İttifaqında (Aİ) yayımına qadağa qoymasına Moskvanın cavabı üzərində iş son mərhələdədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Cavab tədbirləri son mərhələdədir. Biz təkliflərimizi hazırlamışıq. Düşünürəm ki, yaxın günlərdə sözün həqiqi mənasında idarələrarası orqanlar tərəfindən təsdiqlənəcək və bundan sonra nəticə barədə sizə məlumat verəcəyik", - o, brifinqdə deyib.
Mayın 17-də Aİ Şurası bəyanat yayaraq, Avropa İttifaqının RİA Novosti də daxil olmaqla dörd media orqanına öz ərazisində televiziya və radio yayımı ilə bağlı hər hansı fəaliyyətin aparılmasını qadağan edən bəyanat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.