BAKI, 30 may — Sputnik. Rusiya təhlükəsizlik qüvvələri Krımda dəmir yolu obyektlərinə Ukrayna hərbi kəşfiyyatı tərəfindən cəlb edilmiş beş yerli sakin tərəfindən hazırlanmış silsilə terror aktlarının qarşısını alıb, onlardan biri anbardan partlayıcıları götürərkən partladılıb. Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"FTX "Krım Respublikası"nda dəmir yolu nəqliyyatı obyektlərində Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan bir sıra təxribat və terror aktlarının qarşısını alıb və Kiyev rejiminin tərəfdarı olan beş Krım sakinini məsuliyyətə cəlb edib" - məlumatda deyilir.
Qeyd olunur ki, saxlanılan şəxslər Rusiya Silahlı Qüvvələrinin yerləşdiyi yerlər və hərəkətlər, hava hücumundan müdafiə vasitələrinin və yanacaq-energetika kompleksinin yerləşdiyi yerlər, Krım körpüsünün təhlükəsizliyi və müdafiəsinin təşkili ilə bağlı məlumatları toplayıb Ukrayna tərəfinə ötürüblər. Onlar Krımın müxtəlif bölgələrində dəmir yolu relslərində terror aktları törətməyi və qatarların, o cümlədən hərbi qatarların hərəkətini iflic etməyi planlaşdırıblar.
Məlumata görə, cinayətkarlara rəhbərliyi 1970-ci il təvəllüdlü Rusiya vətəndaşı edib, diversantlar törətdikləri əməlləri etiraf ediblər.
"Hər birinin çəkisi təxminən 1 kq olan Sİ-4 markalı plastik partlayıcının elektrik detonatorları və briketləri , AK-74 avtomat silahı, TT tapançası, Deqtyarev pulemyotu, müxtəlif çaplı patronlardan və silah komponentləri, 4 ədəd kustar partlayıcı qurğu, təxribatçıların yaşadıqları yerlərdə Ukraynanın xüsusi xidmət orqanları ilə əlaqə saxladıqlarını təsdiqləyən rabitə vasitələri aşkar edilib" - FTX əlavə edib.
Saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq maddəsi ilə və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin üçüncü hissəsi ilə ("Partlayıcı maddələrin qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya daşınması") ilə cinayət işi başlanıb). FTX təqsirləndirilən şəxslərin cinayətlərini etiraf etdiklərini və istintaqla fəal əməkdaşlıq etdiklərini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.