BAKI, 30 may — Sputnik. Fransanın Ukraynaya ordusunu göndərməyə hazırlığı ilə bağlı məlumatlar təsdiqlənib, Paris bütün uğursuz strategiyaya qol çəkib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz Fransanın Ukraynaya hərbi qüvvələrini göndərməyə hazırlaşdığı barədə məlumatları təsdiqləyirik, bu il aprelin 3-də Parisin öz peşəkar hərbçilərinin münaqişədə iştirakını gizlətmək cəhdlərinə baxmayaraq açıqlamışdıq. Kiyev rejimi bir daha geniş beynəlxalq dəstək elan etmək və uğursuz səfərbərliyi ilə baş qatmaq məqsədi ilə hadisələrin bu cür inkişafını qəsdən reklam edir", - diplomat bildirib.
Zaxarova Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sırskinin imzaladığı, fransalı təlimatçıların Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinə səfərini qanuniləşdirən sənədlərə diqqət çəkib.
Mariya Zaxarova
© Sputnik / Рамиль Ситдиков
"İndi bu məlumat Yelisey sarayında şərh edilməlidir", - deyən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, texniki olaraq, bu sözdə təlimatçılar çətin istifadə olunan uzun mənzilli SCALP raketlərini hədəflərə istiqamətləndirmək üçün lazımdır.
Zaxarova qeyd edib ki, Varşava və Baltikyanı ölkələrin rejimləri də Ukraynaya hərbi kontingentin mümkün göndərilməsindən danışıblar.
"Bu, onların Ukrayna ilə bağlı ilkin planının tamamilə iflasa uğradığını göstərir", - diplomat qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.