BAKI, 30 may — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbir zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat hazırlayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.
Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.
COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.