CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Qazaxıstan arasında Anlaşma Memorandumu imzalanıb

Baş prokuror Kamran Əliyev və Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağali mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Sputnik
BAKI, 30 may — Sputnik. Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağali Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda işgüzar səfərə gəlib, tərəflər Anlaşma Memorandumu imzalayıblar. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə Baş prokuror, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin birgə siyasi səylərinin nəticəsi olduğunu vurğulayıb.
Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri ölkəmizə səfərə gəlib
Baş prokuror Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını qeyd edərək, Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə inşa olunan və bu ilin 12 mart tarixində hər iki dövlət başçısının iştirakı ilə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaş dövlətin işğaldan azad edilmiş torpaqlarda fəaliyyətinin bariz nümunəsi olduğunu bildirib.
Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri ölkəmizə səfərə gəlib
Həmçinin, bu ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyi barədə məlumat verilib.
Baş prokuror Kamran Əliyev və Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağali iki ölkə arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.