RUSİYA

ATƏT-in dərin böhran içində olduğunu inkar etmək olmaz - Lavrov

Nazir əlavə edib ki, eyni zamanda, təşkilatda mövcud olan konsensus qaydası dost olmayan ölkələrin Rusiyaya uyğun olmayan təkliflərini əngəlləməyə imkan verir.
Sputnik
BAKI, 30 may — Sputnik. Rusiyanın ATƏT-də iştirakının yeganə mənası Rusiyanın mövqeyini birbaşa digər 56 iştirakçıya çatdırmaq imkanıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib.
Bu təşkilatın Ukraynayönümlü kursunu nəzərə alaraq Rusiyanın ATƏT ilə əməkdaşlığı davam etdirməsinin məntiqli olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, ATƏT-in dərin böhran içində olduğunu inkar etmək olmaz.

"Bu, Qərbin bu təşkilatın əsasını qoyduğu bütün prinsipləri ayaqlar altına atmasının nəticəsidir" - Lavrov qeyd edib.

Onun gündəminin total "ukraynalaşması" ənənəvi hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar fəaliyyətləri praktiki olaraq ləğv edir" - Lavrov qeyd edib.
"Rusiyanın ATƏT-də iştirakının yeganə mənası cari məsələlərlə bağlı mövqeyimizi birbaşa digər 56 iştirakçıya, o cümlədən bizimlə digər formatlarda dialoqu dondurmuş Qərb dövlətlərinə çatdırmaq imkanı ilə bağlıdır" - o qeyd edib.
Nazir əlavə edib ki, eyni zamanda, təşkilatda mövcud olan konsensus qaydası dost olmayan ölkələrin Rusiyaya uyğun olmayan təkliflərini əngəlləməyə imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.