RUSİYA

Aİ-nin sanksiyalarının insan haqları ilə bağlı heç bir əlaqəsi yoxdur - Zaxarova

Mayın 27-də Aİ Rusiyaya qarşı iddia edilən insan haqları pozuntularına görə yeni sanksiya rejimi tətbiq edib və 19 fiziki şəxs və bir təşkilat da daxil olmaqla, sanksiyalara məruz qalanların siyahısını dərc edib.
Sputnik
BAKI, 30 may — Sputnik. Moskva insan haqlarını pozduğu iddiası ilə Rusiyaya qarşı yeni sanksiyaları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Mayın 27-də Aİ Rusiyaya qarşı iddia edilən insan haqları pozuntularına görə yeni sanksiya rejimi tətbiq edib və 19 fiziki şəxs və bir təşkilat da daxil olmaqla, sanksiyalara məruz qalanların siyahısını dərc edib.

"Biz bu sanksiyaları beynəlxalq hüququn, o cümlədən suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndiririk" - Zaxarova brifinqdə deyib.

O əlavə edib ki, Aİ-nin tətbiq etdiyi sanksiyaların insan haqları ilə bağlı heç bir əlaqəsi yoxdur.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.