BAKI, 29 may — Sputnik. Venesuela BRİKS ölkələri ilə sıx əlaqələr saxlayır və bu "texnoloji və iqtisadi inkişafın yeni dünyasında" onun üçün qapılar açıqdır.
Bunu Prezident Nikolas Maduro "Venezolana de Televisión"un canlı efirində deyib.
Onun sözlərinə görə, Venesuela böyük texnoloji, elmi, iqtisadi və maliyyə inkişafını simvolizə edən BRİKS tərəfindən təmsil olunan yeni dünya ilə əla münasibətlər saxlayır.
Maduro Venesuela ilə BRİKS ölkələri arasında əməkdaşlıq imkanlarının açıq olduğunu vurğulayıb.
Venesuela liderinin qeyd etdiyi kimi, ölkə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri və İran kimi tərəfdaşlar da daxil olmaqla, "BRİKS+" ilə qarşılıqlı əlaqədədir.
"Bu yeni dünyada heç bir sanksiyalar və ya imperiyalar yoxdur və Venesuela onunla fəal əməkdaşlıq edir" – Maduro sözünü yekunlaşdırıb.
Bundan əvvəl Venesuela hakimiyyəti ölkənin 2024-cü ildə BRİKS-ə qoşulacağına ümid etdiyini bir daha bəyan etmişdi.
Xatırladaq ki, Venesuela BRİKS-ə üzv olmaq üçün 2023-cü ilin avqustunda müraciət edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırda 40-dan çox ölkə beynəlxalq təşkilata üzv olmaq üçün müraciət edib.
26.05.24
Venesuela hakimiyyəti ölkənin 2024-cü ildə BRİKS-ə qoşulacağına ümid etdiyini təkrar bildirib.
Bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes məlumat verib.
"Bu, yeni dünyaya, hegemonluğun olmadığı dünyaya, beynəlxalq hüquqa hörmət üzərində qurulmuş dünyaya aparan yoldur", – "RİA Novosti" onun sözlərindən sitat gətirib.
Bir neçə gün əvvəl Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ölkə BRİKS-ə qoşulmaq yolundadır. Fevralda o, həmçinin qeyd edib ki, Venesuela tezliklə bu beynəlxalq assosiasiyaya üzv olacaq.
Xatırladaq ki, Venesuela BRİKS-ə üzv olmaq üçün 2023-cü ilin avqustunda müraciət edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırda 40-dan çox ölkə beynəlxalq təşkilata üzv olmaq üçün müraciət edib.
Bundan əvvəl Şri-Lanka hakimiyyəti BRİKS-ə qoşulmaq istəklərini və bu məsələdə dəstək üçün Hindistana müraciət etmək niyyətlərini açıqlamışdı.