ELM

İsveçrədə yeni qeyri-adi şokolad növü icad edilib

Alimlər bir sıra tədqiqatlardan sonra tərkibində cəmi 20% kakao jeli olan şokolad yaratmağa nail olublar.
Sputnik
BAKI, 28 may — Sputnik. İsveçrə Texniki Universitetinin alimləri tünd şokolad üçün yeni resept hazırlayıblar.
Bu barədə Pravda.Ru xəbər verib.
Mütəxəssislərin fikrincə, yeni şokoladın tərkibində kakao paxlasının nisbəti əhəmiyyətli dərəcədə artırılıb ki, bu da şirinliyi daha qidalı və sağlam edir. Qeyd edilib ki, alimlər bir sıra tədqiqatlar aparıblar və bu müddət ərzində tərkibində cəmi 20% kakao jeli olan şokolad yaratmağa nail olublar.
"Bu, məhsulu şirinliyinə görə ənənəvi tünd şokoladla oxşar edir. Resept həmçinin doymuş yağ tərkibinin üçdə bir azaldılmasını və lifin miqdarının 20% artırılmasını nəzərdə tutur" - mesajda deyilir.
Şokoladın yeni növü "marmelad" adlanır. Alimlər ehtimal edirlər ki, onların təklif etdiyi istehsal texnologiyası geniş yayılarsa, məhsul istehsalçıları öz mənfəətlərini əhəmiyyətli dərəcədə artıracaqlar.
Əvvəllər həkim Konstantin Spaxov şokoladın nə üçün ürək-damar sistemi üçün faydalı ola biləcəyini izah edib.