RUSİYA

Rusiyanın Türkiyədəki səfirliyi o məlumatı təsdiqləmədi

Diplomat qeyd edib ki, ABŞ və Aİ Türkiyə maliyyə qurumlarını Rusiya ilə əməkdaşlıq etdiyi halda açıq şəkildə "müxtəlif cəzalarla" qorxudurlar.
Sputnik
BAKI, 29 may — Sputnik. Rusiyanın Türkiyədəki səfirliyi bu ölkə banklarının Rusiya bizneslərinə iyun ayında ödənişlərin qəbulunu genişləndirəcəklərinə dair söz verdiyi barədə məlumatı təsdiqləmir. Bu barədə Rusiya səfiri Aleksey Yerxov TASS-a "İzvestiya" qəzetinin müvafiq materialını şərh edərkən bildirib.
Xüsusilə istehlak məhsulları, maşınqayırma və elektronikanın icazə verilən mallar siyahısına əlavə edilməsinin nəzərdə tutulduğu bildirilib.
"Səfirlik məlumatı təsdiq edə bilmir, mən bilmirəm ki, onlar bu məlumatı haradan götürüblər", – səfir bildirib.
Diplomat qeyd edib ki, ABŞ və Aİ Türkiyə maliyyə qurumlarını Rusiya ilə əməkdaşlıq etdiyi halda açıq şəkildə "müxtəlif cəzalarla" qorxudurlar: "Bu vəziyyətdə bankirlər həddən artıq tələblərə həddən artıq əməl etmək təcrübəsi ilə hərəkət edirlər. İdxalçılar aldığı məhsullar üçün vəsait köçürə bilmir, ixracatçılar isə müvafiq olaraq onları qəbul etmirlər. Nəticədə, Türkiyə Statistika İnstitutunun məlumatına görə, birinci rübdə Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalıb. Biznes, qurd kimi ulayır lakin heç nə edə bilmir", – səfir deyib.