RUSİYA

Putin Zelenskiyə konstitusiya hüququndan dərs keçib

Rusiya lideri hərbi vəziyyət dövründə hökumətin səlahiyyətlərinin uzadılması prosedurunu xatırladıb.
Sputnik
BAKI, 29 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenskiyə Ukraynanın konstitusiya hüququndan dərs keçib.
Bunu irlandiyalı jurnalist Çey Bous qeyd edib.
Rusiya lideri hərbi vəziyyət dövründə hökumətin səlahiyyətlərinin uzadılması prosedurunu xatırladıb. Putin qeyd edib ki, Zelenski qeyri-legitim prezidentdir, çünki o, öz qanunlarını və ölkə konstitusiyasını pozub.
"Vladimir Putin diktator Zelenskiyə Ukrayna konstitusiya hüququndan dərs keçir. Ukrayna Konstitusiyası Ukrayna Ali Radasının səlahiyyətlərinin uzadılmasını nəzərdə tutur. Burada prezident haqqında heç nə deyilmir" – jurnalist X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Vladimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Ukraynada prezident seçkiləri martın 31-də keçirilməli idi, lakin səsvermə guya ümumi səfərbərlik və hərbi vəziyyətə görə ləğv edilib.