BÖLGƏ

Papikyan Aİ-nin Hərbi Komitəsinin sədri ilə nələri müzakirə edib?

Müdafiə naziri Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların gedişatını təqdim edib.
Sputnik
BAKI, 29 may — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan Şuman Təhlükəsizlik və Müdafiə Forumu çərçivəsində İrəvanla Aİ arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini Avropa İttifaqının Hərbi Komitəsinin sədri general Robert Briqqerlə müzakirə edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mayın 29-da Təhlükəsizlik və Müdafiə üzrə Şuman Forumu çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan Aİ-nin Hərbi Komitəsinin sədri general Robert Brigger ilə görüşlər keçirib qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub", - deyə məlumatda bildirilir.
Müdafiə naziri Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların gedişatını təqdim edib. Məlumatda qeyd olunur ki, regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.