HƏRBİ

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib

Əmrə əsasən, o, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.
Sputnik
BAKI, 29 may — Sputnik. Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
Bununla bağlı nazir Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, o, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.
Nazirin digər əmri ilə idarə rəisi vəzifəsinin icrası onun müavininə həvalə edilib.