ELM

Çiyələk nə üçün faydalıdır?

Bu giləmeyvə orqanizmin bütün funksiyalarını dəstəkləyən, xroniki xəstəliklər riskini, iltihabı azaldan vacib mikroelementlər və vitaminlərlə zəngindir.
Sputnik
BAKI, 28 may — Sputnik. Çiyələk sağlamlığı, gözəlliyi və gəncliyi qorumağa kömək edir, həmçinin həzmi yaxşılaşdırır.
Bunu rusiyalı dietoloq Natalya Lazurenko "NEWS.ru"ya bildirib.
Onun sözlərinə görə, bu giləmeyvə orqanizmin bütün funksiyalarını dəstəkləyən, xroniki xəstəliklər riskini, iltihabı azaldan vacib mikroelementlər və vitaminlərlə zəngindir.
"K, E, B6, B9 vitaminləri, kalium, maqnezium, manqan bütün bədən funksiyalarını qorumaq üçün həyati əhəmiyyət kəsb edir. Çiyələk iltihabı və xroniki xəstəliklərin inkişaf riskini azaldan antioksidanlarla zəngindir" – dietoloq bəyan edib.
Mütəxəssis qeyd edib ki, çiyələyin tərkibindəki lif həzmə faydalı təsir göstərir və bağırsaqların sağlam mikroflorasını dəstəkləyir.