BAKI, 29 may — Sputnik. Avropa İttifaqı mart ayında Rusiyadan dəmir, polad və alüminium alışını artırıb.
Məlumatı "RİA Novosti" Avropa statistikasına istinadən yayıb.
Səbəb, analitiklərin fikrincə, bir sıra ölkələrdən tələbin dəfələrlə artması olub. Əsasən Belçika və Almaniya alışlarını artırıblar.
Bunun sayəsində Rusiya Federasiyası mart ayında əsas təchizatçı olub. Aylıq ifadədə ixrac 1,7 dəfə artıb və 328 milyon avroya çatıb. Oxşar göstərici sonuncu dəfə bir il əvvəl, Aİ 369 milyon avro dəyərində metal alarkən əldə edilmişdi.
Ən böyük alıcıların beşliyinə Belçika (130,5 milyon avro), İtaliya (85 milyon avro), Danimarka (35,1 milyon avro), Çexiya (23 milyon avro), Niderland (20 milyon avro) daxildir. Almaniya alüminium alışında liderdir – alışlar beş dəfə artaraq 22,4 milyon avroya çatıb.
Bundan əvvəl İtaliyanın mart ayından Rusiya platininin idxalını bərpa etdiyi bildirilmişdi. Bu, üç aylıq fasilədən sonra baş verib.