SƏHİYYƏ

Alimlər oynaq xəstəliklərinin inkişaf riskini azaldan məhsulların adlarını açıqlayıblar

Sidik turşusu kristalları oynaqların ətrafında və onların strukturlarında çöküntülər əmələ gətirir ki, bu da podaqra artritində ağrıya səbəb olur.
Sputnik
BAKI, 29 may — Sputnik. T.H.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin alimləri müəyyən ediblər ki, çay, qəhvə, süd və taxıl məhsulları podaqra xəstəliyinin inkişaf riskini azaldır. Meyvə şirələri, ət məhsulları və bitki yağları isə əksinə, bu riski artırır.
Bu barədə "JAMA" (Journal of American Medical Association) jurnalında dərc olunub.
Tədqiqatda təxminən 123 min insan iştirak edib. Kişilərin və qadınların orta yaşı müvafiq olaraq 54 və 59 təşkil edib. Birinci mərhələdə alimlər tədqiqatda iştirak edənlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar və onlardan necə qidalandıqları varədə danışmağı xahiş ediblər. Bundan sonra iştirakçıların müşahidə dövrü başlayıb.
Müşahidə dövründə təxminən 2700 nəfərdə podaqra (podaqra artriti) diaqnozu qoyulub. Tədqiqatçılar bildirblər ki, hər bir əlavə gündəlik dənli bitkilərin porsiyası bu xəstəliyin inkişaf riskini 7%, çay və qəhvə 5%, süd məhsulları isə 15% azaldır. Meyvə şirələri və şəkərli içkilər podaqranın yaranma ehtimalını 6%, bitki yağları isə 16% artırıb.
Alimlər izah ediblər ki, süd məhsullarının rasiona daxil edilməsi qan plazmasında sidik turşusu səviyyəsini azaldır. Sidik turşusu kristalları oynaqların ətrafında və onların strukturlarında çöküntülər əmələ gətirir ki, bu da podaqra artritində ağrıya səbəb olur.