BAKI, 29 may — Sputnik. Avropa İttifaqı bu ilin payızında Ukrayna ilə bağlı sülh konfransı keçirməyi planlaşdırır.
"Bloomberg" bu barədə öz mənbələrinə istinadən xəbər verib.
Sammitdə Rusiyanın iştirak edəcəyi, Səudiyyə Ərəbistanının isə tədbirin keçiriləcəyi məkan ola biləcəyi gözlənilir.
Aİ rəsmiləri deyirlər ki, gələn ay İsveçrədə keçiriləcək konfransdan Səudiyyə Ərəbistanında mümkün görüşə necə keçməyi başa düşmək vacibdir. Rusiyanın da bu prosesdə iştirakı böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Rusiya hakimiyyəti dəfələrlə qeyd edib ki, Moskvanın iştirakı olmadan bu sammit mənasızdır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əlavə edib ki, konfransın nəticələri etibarsız olacaq, çünki sülh danışıqları münaqişənin yalnız bir tərəfi ilə aparılmır.