CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 may – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 28 may — Sputnik. Mayın 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 28-də kim anadan olub?
Firəngiz Əlizadə (1947) - Azərbaycanın xalq artisti, bəstəkar, pianoçu və AR Bəstəkarlar İttifaqının sədridir.
Firəngiz Əlizadə
Yan Fleminq (1908-1964) - ingilis jurnalisti, hərbi-dəniz kəşfiyyatçı zabiti və yazıçıdır. O, Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifidir.
Yan Fleminq
Andrey Panin (1962-2013) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissor, RF əməkdar artistidir. O, "Ana, narahat olma", "Çexov və Ko", "24 saat ", "Bağışlanma" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Andrey Panin
Kayli Minouq (1968) - avstraliyalı pop müğənnisi və aktrisasıdır. Mediada onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Aktrisa "Qonşular", "Mulen Ruj" və bir çox filmlərdə müxtəlif rolları oynayıb.
Kayli Minouq
Sergey Astaxov (1969) - Rusiya teatr və kino aktyorudur. O, Rusiyanın "Çayka" teatr mükafatı laureatıdır. Aktyor "Xoşbəxtlik quşu", "Turistlər", "Təsadüfi kadr" və s. filmlərdə rol alıb.
Sergey Astaxov
28 May tarixində dünyada baş verən tarixi hadisələr
1742-ci ildə Londonda dünyanın ilk qapalı üzgüçülük hovuzu açılıb. Buraya xanımların girişi qadağan olduğu halda, cənablar üçün giriş pullu olub. Hovuzun ölçüsü kiçik olsa (cəmi 12 metr uzunluğunda) da, ilin istənilən vaxtında suyu təmiz və isti olub.
Hovuz
1918-ci ildə İslam Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. O, Azərbaycan xalqının milli dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb. AXC parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsi Azərbaycanın bütün xalqlarına bərabər hüquqlar verib. Cəmi 23 ay davam etdikdən sonra 1990-cı ildən Azərbaycanda 28 May Respublika Günü qeyd edilir və 2021-ci ildə bu tarix Müstəqillik Günü elan edilib.
AXC
1987-ci ildə 19 yaşlı qərbi alman həvəskar pilotu Matias Rust idman təyyarəsi ilə Moskvaya uçub və Qızıl Meydanda eniş edib. Pilot bir ildən az müddətdə həbsdə yatıb.
1995-ci ildə güclü zəlzələ nəticəsində Rusiyanın Nefteqorsk (Saxalinin şimalında) şəhəri dağılıb. Şəhərin 3197 əhalisindən 2040 nəfəri həlak olub, yüzlərlə insan yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.