BAKI, 28 may — Sputnik. 2024-cü ildə BRİKS və ŞƏT çərçivəsində keçiriləcək görüşlər Rusiya və Çinə Qlobal Cənub ilə münasibətlərini daha da gücləndirməyə imkan verəcək.
Bu barədə "Sky News Australia" məlumat yayıb.
"Onların bu proqramı bu ilin sonunda ŞƏT və BRİKS-in yeni üzvlərinin sammitləri zamanı daha da inkişaf etdiriləcək" - materialda deyilib.
Qeyd olunub ki, Rusiya və Çin Qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirmək üçün heç vaxt siyasi və ya iqtisadi təzyiqlərə əl atmır. Bununla yanaşı, Qərb dünyadakı nüfuzunu durmadan itirir.
Hazırda BRİKS-ə üzv olmaq istəyən 40-dan çox ölkə var və bu say hər ay artır.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin bildirib ki, BRİKS və ŞƏT yaranmaqda olan çoxqütblü dünyanın əsas sütunlarıdır.