BAKI, 28 may - Sputnik. İran Rusiyadan 12 ədəd “Mi-17” helikopteri almağa dair müqavilə imzalayıb.
Bu barədə “Avio News” məlumat yayıb. Bildirilib ki, 12 helikopterdən dördü 2025-ci ildə İrana tədarük ediləcək. Onlar İslam Respublikasının Qızıl Ay Cəmiyyətinin istifadəsinə veriləcək.
Helikopterlərin tranzaksiya dəyəri təxminən 500 milyon dollar olacaq.
"Dövlətə məxsus “Rusiya helikopterləri” şirkəti ilk dörd təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər. Sözügedən müqavilə hələ İranın Sənaye Nazirliyi ilə razılaşdırılmalıdır. Yeni helikopterlər zəif görmə şəraitində uçmağa imkan verən gecəgörmə sistemləri ilə təchiz ediləcək" - məlumatda deyilir.
O da qeyd olunur ki, helikopterlərin tədarükü ilə bağlı müqavilə İran prezidenti İbrahim Rəisinin, Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahiyanın və onları müşayiət edən digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasından bir neçə gün sonra imzalanıb.
Xatırladaq ki, mayın 19-da İranın şimal-qərbində Amerika istehsalı olan Bell-212 helikopteri qəzaya uğrayıb.