BAKI, 28 may - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 28 May Müstəqillik Günü ilə əlaqədar paylaşım edib.
"Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm can sağlığı və xoşbəxtlik, Vətənimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!" - M.Əliyevanın paylaşımında deyilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə mayın 27-də sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
Paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “28 May - Müstəqillik Günü”.
09.04.24, 21:11
İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda “Ramazan bayramınız mübarək!” sözləri yazılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda aprelin 10-u və 11-i Ramazan bayramı günü sayılır. Bayram namazı aprelin 10-da Zöhr namazına qədər qılınacaq.