TƏHSİL

Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var - Nazir

Emin Əmrullayev deyib ki, növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.
Sputnik
BAKI, 27 may — Sputnik. Növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gündəmə yeni nəsə çıxanda dərhal buna uyğun ixtisasın yaradılması düşünülür.

"Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Təbii ki, yeni ixtisaslara hər zaman ehtiyac var. Xüsusilə də tətbiqi sahədə yeni ixtisaslar açılmalıdır. Lakin anlamalıyıq ki, "yaşıl iqtisadiyyat" və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır" - nazir qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.