BAKI, 27 may — Sputnik. Mayın 27-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 27-də kim anadan olub?
Con Kokroft (1897 - 1967) - ingilis fiziki, 1951-ci ildə "süni sürətləndirilmiş atom hissəciklərindən istifadə edərək atom nüvələrinin çevrilməsinə dair tədqiqat işlərinə görə" fizika üzrə Nobel mükafatı laureatıdır.
Con Kokroft
© Photo : Nobel foundation
Vyaçeslav Şaleviç (1934 - 2016) - Sovet və Rusiya aktyoru, teatr rejissoru və RSFSR Xalq artistidir. O, "Kapitan qızı", "Uydurma evlilik", "Baharın on yeddi anı" və s. filmlərdə rol alıb.
Vyaçeslav Şaleviç
© Sputnik / В. Нисанов
Mariya Şukşina (1967) - Sovet və Rusiya aktrisası, teleaparıcı və RF Əməkdar artistidir. Aktrisa "Mükəmməl cütlük ", "Yolki 3", "Daş qonaq" və s. filmlərdə bir çox rolları oynayıb.
Mariya Şukşina
© Sputnik / Екатерина Чеснокова
Pol Bettani (1971) - ingilis kinoaktyorudur. O, "Dəmir adam", "Da Vinçi şifrəsi", "Qisasçılar" və s. filmlərdə rol alıb.
Pol Bettani
© AP Photo / Taylor Jewell
27 May tarixində dünyada baş verən tarixi hadisələr
1703-cü ildə I Pyotr Zayaçiy adasında Petropavlovsk qalasını quraraq Sankt-Peterburqun əsasını qoyub.
1930-cu ildə amerikalı Riçard Dryu "şəffaf sellofan yapışqan lent"ini - skoçu patentləşdirib.
1934-cü ildə SSRİ-də "Əməkdar idman ustası" adı təsis edilib.
1937-ci ildə San-Fransiskoda "Qızıl Qapı" Körpüsü açılıb.
1992-ci ildə Azərbaycan parlamenti "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.