RUSİYA

Rusiya və Özbəkistan yol xəritəsi imzalayıblar

Özbəkistan lideri vurğulayıb ki, bu il Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi 30 faiz artıb.
Sputnik
BAKI, 27 may — Sputnik. Rusiya və Özbəkistan iki ölkə arasında ilk dəfə imzalanan əməkdaşlıq yol xəritəsinin həyata keçirilməsində real irəliləyiş əldə ediblər. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya prezidenti Vladimir Putinlə danışıqların başlanğıcında deyib.

"Bizim çox geniş gündəliyimiz var, ilk dəfə olaraq 63 bənddən ibarət yol xəritəsi imzaladıq", Mirziyoyev bildirib.

Özbəkistan lideri vurğulayıb ki, bu il Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi 30 faiz artıb və dövlətlər 20 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq niyyətindədirlər.

"Əgər ticarət dövriyyəsindən danışsaq, biz artıq 10 milyard dollara çatmışıq, bu il 30% artım çox yaxşı bir artımdır", - Özbəkistan lideri deyib.

Mirziyoyev Putinin Özbəkistana bu səfərinin tarixi əhəmiyyət daşıdığını bildirib.
Rusiya lideri Özbəkistana rəsmi səfər edib. Səfər iki gün davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.