TƏHSİL

Nazir alimləri tənqid etdi

Emin Əmrullayev deyib ki, alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir.
Sputnik
BAKI, 27 may — Sputnik. "Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram". Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır:

"Görəndə ki, adam həmin müddətdə heç nə yazmayıb, səmimi olaraq beş il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda, davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması yazılan işin keyfiyyətini müəyyən edir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.