CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakubus" hər gün Gəncəyə üç reys həyata keçiriləcək

"BakuBus" həm də paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirir.
Sputnik
BAKI, 27 may — Sputnik. Bu gündən "BakuBus" MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb. Sputnik Azərbaycan bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, "BakuBus" həm də paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirir.
Bakı Beynəlxalq Avtovağzalından Sputnik Azərbaycan-a bildirdilər ki, Bakubus avtobusları ilə Gəncəyə reyslərin qiyməti adambaşına 10 manat 40 qəpik təşkil edəcək.
Hər gün Bakubus avtobusları ilə Gəncəyə üç reys həyata keçiriləcək. Reyslər 10: 30, 11:0014:30 radələrində Bakıdan Gəncə istiqamətinə hərəkət edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.