Biz ölkədəki inflyasiya proseslərini yalnız pul kütləsinin daralması ilə deyil, daha genişmiqyaslı siyasətlə tənzimləməliyik. Bunu iqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib.
“Əgər pul-kredit siyasətəinin sərtləşməsi davam edərsə, biz yerli istehsalı zəyiflədəcəyik. Belə olan halda kredit resursları daha baha olur, investisiyalar azalır və biz ixdaldan asılılığımızı artırırıq”, - Məmmədov deyib.
Ekspert düşünür ki, "gələn ilin əvvəllərinə gözlənilən inflyasiya meyillərinin qarşısını almasaq, yəni yerli istehsalı lazımı səviyyədə qurmasaq, biz inflyasiyanı idxal etməli olacayıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.