BAKI, 27 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik" - məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub, nəticədə 39 nəfər yaralanıb, 10 nəfər ölüb.
Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.