BAKI, 27 may — Sputnik. Mayın 26-da keçirilən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunmuş tapşırıqların doğru cavabları açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qəbul imtahanında istifadə olunmuş tapşırıqların doğru cavabları aşağıdakılardır:
Qeyd edək ki, dünən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.