BAKI, 27 may — Sputnik. Avropalı siyasətçilər Ukraynadakı münaqişə ilə bağlı getdikcə daha düşüncəsiz fikirlər irəli sürürlər. Onlar Qərb ölkələrindən Ukraynaya qoşun yeritməyi və Avropa İttifaqında (Aİ) məcburi hərbi xidmətin tətbiqini təklif edirlər.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə Aİ ölkələrindən olan həmkarları ilə görüşdə çıxışı zamanı deyib.
"Avropalı siyasətçilər getdikcə daha düşüncəsiz fikirlər irəli sürürlər: Ukraynaya qoşun yeritmək, Ukrayna üzərində Rusiya raketlərini məhv etmək, nüvə müharibəsi, Avropanın hərbi xidmətə çağırılması, başqa nələr var? Onlar Xarici Əlaqələr Şurasının bugünkü iclasında hansı düşüncəsiz ideyalarla çıxış edəcəklər?", - nazir öz "Facebook"* səhifəsində yazıb.
Bazar günü axşam Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, o, Qərb siyasətçilərinin Ukraynadakı münaqişəni gərginləşdirməyə və Rusiya ilə birbaşa toqquşmaya yönəlmiş bəyanatlarını ağılsızlıq və məsuliyyətsiz hesab edir. Macarıstanın Baş naziri "Youtube"nin "Patriot" kanalında sualları cavablandırarkən qeyd edib ki, bu cür hərəkətlər nüvə silahından istifadə etməklə yeni dünya müharibəsi təhlükəsi yaradır.
* Meta-nın (Facebook və İnstagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.