BAKI, 26 may — Sputnik. Ukrayna vətəndaşları başa düşmürlər ki, onların ölkəsini nə gözləyir və nə üçün döyüşməlidir.
Bunu "Financial Times"a müsahibəsində Birləşmiş Kral Müdafiə Araşdırmaları İnstitutunun baş analitiki Cek Uotlinq deyib.
"Mən deyərdim ki, onlar ölkə daxilində çox mühüm bir dönüş nöqtəsindədirlər. Cəmiyyət qarşıda nələrin olduğunu anlamaq istəyir. Onlar nə uğrunda mübarizə apardıqlarını anlamaq istəyirlər" - Uotlinq bildirib.
O vurğulayıb ki, hazırda Ukrayna ordusu böyük itkilər verir, Rusiya Silahlı Qüvvələri isə öz say və maddi üstünlüyünü artırır.
Bundan əvvəl jurnalist Seymur Herş bildirmişdi ki, Vaşinqton tərəfindən deyilən bir neçə kəlmə Ukraynada amerikalıların və onların müttəfiqlərinin hazırda qalib gələ bilmədiyi münaqişənin qarşısını ala bilərdi.