DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

TikTok "siyasi" senzura tətbiq edir

TikTok marketinq və əməliyyatlar departamentlərində xeyli sayda işçini ixtisar etməyi planlaşdırır.
Sputnik
BAKI, 26 may — Sputnik. TikTok hökumət nəşrlərinin, telekanalların və digər KİV-lərin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.
Bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.
Şirkət bildirib ki, tədbir bu tip hesabların konkret mövzularda daha geniş əhali kütləsinə çatmağa çalışmasının qarşısını almaq məqsədi daşıyır.
İddia olunur ki, sosial şəbəkə müstəqil xarici ekspertlərlə işləyəcək ki, onlar dövlət mediasının hesablarını qiymətləndirsinlər. Bundan sonra Tik Tok administratorları reklam da daxil olmaqla məzmunlarını etiketləyəcəklər.
Bundan əvvəl məlum olmuşdu ki, TikTok bu həftə marketinq və əməliyyatlar departamentlərində xeyli sayda işçini ixtisar etməyi planlaşdırır.
Bu yaxınlarda Rusiya Dövlət Duması TikTok-un Rusiyada bloklanacağını qiymətləndirib. Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsinin üzvü Anton Nemkin xatırladıb ki, 2022-ci ildə TikTok Administrasiyası "xüsusi hərbi əməliyyat və Rusiya ordusu haqqında saxta informasiya"ların meydana çıxması ilə əlaqədar yeni məzmunun yayılmasını və Rusiyada canlı yayımların keçirilməsini müstəqil şəkildə dayandırıb.
Bundan əvvəl Somali Telegram, TikTok və 1xBet platformasını qadağan etmək qərarına gəlib.