RUSİYA

Stoltenberq Rusiyaya zərbələr barədə söylədiyi sözlərə görə mühakimə edilməlidir

Mayın 25-də Yens Stoltenberq təklif edib ki, NATO müttəfiqləri Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə versinlər.
Sputnik
NATO müttəfiqlərinin Kiyevə Qərb silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə icazə verməsini təklif edən Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqi mühakimə etmək lazımdır.
Bu barədə “Lenta.ru” Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepaya istinadən xəbər verib.
"O, dünyanı fəlakətə doğru sövq edən təkliflərinə görə mühakimə olunmalıdır" – Çepay bildirib.
Deputatın fikrincə, Ukraynanın müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə imkan verməyəcəklər.
Mayın 25-də Yens Stoltenberq təklif edib ki, NATO müttəfiqləri Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə versinlər. Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet alyansın baş katibinin sözlərini dəlilik adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrədə Ukrayna ilə bağlı “sülh sammitinə” dəvət olunanları Stoltenberqin sözlərini xatırlamağa çağırıb.