RUSİYA

Putin: Rusiya həmişə düşməndən bir addım öndə olmalıdır

Putin, həmçinin qeyd edib ki, əksər müəssisələr dövlət müdafiə sifarişlərini vaxtında və yüksək keyfiyyətlə, bir sıra vəzifələrdə isə hətta vaxtından əvvəl yerinə yetirirlər.
Sputnik
BAKI, 26 may — Sputnik. Rusiya həmişə bir addım öndə olmalıdır.
Bunu Rusiya lideri Vladimir Putin deyib. O, bu barədə hərbi sənaye kompleksinin müəssisələrinin rəhbərləri ilə görüşündə bildirib.
“Biz hər zaman bir addım öndə olmalıyıq! Biz düşməndən öndə olmalıyıq” - o bildirib.
Dövlət başçısı əlavə edib ki, “düşməni hər zaman qabaqlamaq lazımdır. O zaman qələbə təmin olunacaq”.
Putin, həmçinin qeyd edib ki, əksər müəssisələr dövlət müdafiə sifarişlərini vaxtında və yüksək keyfiyyətlə, bir sıra vəzifələrdə isə hətta vaxtından əvvəl yerinə yetirirlər.
Onun sözlərinə görə, iki il ərzində döyüş sursatı istehsalının həcmi 14 dəfə, pilotsuz uçan aparatların istehsalı dörd dəfə, zirehli silahların istehsalı üç dəfə yarım artıb.
Əvvəllər bildirilirdi ki, Putin Rusiya ordusunun iqtisadiyyatının hər rublun effektiv işləyəcəyi modelinin yaradılmasına diqqət yetirməyi tələb edib.