BAKI, 26 may — Sputnik. Kəşfiyyat orqanları ABŞ-ın keçmiş Prezidenti Donald Trampı sıradan çıxarmaq üçün plan hazırlayırdılar.
Bu barədə ABŞ konqresmeni, Respublikaçılar Partiyasının üzvü Marcori Teylor Qrin X* sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Ədliyyə Departamenti və FTB Prezident Trampa sui-qəsd etməyi planlaşdırırdı" - deyən Qrin, Ağ Evin "bunun üçün yaşıl işıq yandırdığını" qeyd edib.
Bundan əvvəl senator Aleksey Puşkov bildirmişdi ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden indiki reytinqlərlə prezident seçkilərində qalib gələ bilməyəcək.
Xatırladaq ki, Oreqon ştatında keçirilən praymerizdə Respublikaçılar Partiyasının tərəfdarı Donald Tramp lider olub.