RUSİYA

Dünya qlobal münaqişə ərəfəsindədir - Lebedev xəbərdarlıq etdi

Ukraynadakı geosiyasi qarşıdurma, Yaxın Şərqdəki gərgin vəziyyət, beynəlxalq terror təşkilatlarının fəallaşması və neonasist ideologiyasının yayılması qlobal münaqişə təhlükəsindən xəbər verir.
Sputnik
BAKI, 26 may — Sputnik. Dünya qlobal münaqişə ərəfəsindədir.
Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Birliyin Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasının 54-cü iclasının iştirakçılarına müraciətində söyləyib.
Onun sözlərinə görə, Ukraynadakı geosiyasi qarşıdurma, Yaxın Şərqdəki gərgin vəziyyət, beynəlxalq terror təşkilatlarının fəallaşması və neonasist ideologiyasının yayılması qlobal münaqişə təhlükəsindən xəbər verir.
Lebedev qeyd edib ki, MDB məkanında inteqrasiya proseslərinə qarşı daha bir qarşıdurma çağırışı Moskva yaxınlığındakı Crocus City Hall-da baş vermiş terror aktıdır.
"Birbaşa deyim ki, bu hadisə təhlükəsizlik problemlərindən əlavə, humanitar, sosial və əmək sahələrində də bizim qarşımızda çətin məsələlər qoyub. Burada biz ölkələrimizdə əhalinin müəyyən kateqoriyalarının radikallaşması problemini qeyd etməyə bilmərik" – o bildirib.
Bundan əvvəl Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB-də vəziyyəti son dərəcə gərgin adlandırıb.