DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ vətəndaşlarının üçdə ikisinin maliyyə vəziyyəti pisləşib

Hər beş ABŞ vətəndaşından biri maliyyə sıxıntısı yaşadığını bildirib.
Sputnik
BAKI, 26 may — Sputnik. ABŞ vətəndaşları maliyyə problemi ilə üzləşirlər. Onların, təxminən üçdə ikisi pul vəziyyətlərinin pisləşdiyini düşünürlər.
Bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FES) hesabatında məlumat verilib.
Tənzimləyici 2023-cü ildə vətəndaşların əhval-ruhiyyəsini öyrənib. Hər beş ABŞ vətəndaşından biri maliyyə sıxıntısı yaşadığını bildirib.
ABŞ vətəndaşlarının yalnız 65%-i qiymət artımının əsas problemə çevrildiyini deyib. Ötən illə müqayisədə qiymətlər xeyli artıb.
Digərləri isə Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması ilə bağlı ciddi stress hiss etdiklərini deyirlər. Bu vəziyyət əvvəlcədən aşağı gəliri olanlara çox təsir edib.
"İnsanlar hesablarını tam ödəmirdilər, bəzən və ya tez-tez kifayət qədər yemək tapmırdılar və bahalı olduğu üçün tibbi xidmətə müraciət etmirdilər" – tədqiqat zamanı qeyd edilib.
Bundan əvvəl amerikalı milyarder İlon Mask ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) işini ələ salmış, sosial şəbəkələrdə "Monopoliya" stolüstü oyununun qaydalarının fotosunu yerləşdirmişdi.