RUSİYA

NATO Rusiya sərhədlərində kiber laboratoriyalar şəbəkəsi yaradır - Rusiya XİN

Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə Rusiya ilə qarşıdurma ssenariləri sınaqdan keçirilir.
Sputnik
BAKI, 25 may - Sputnik. Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaradır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov “RIA Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu laboratoriyalar Estoniya, Latviya, Finlandiya, Rumıniyada yaradılıb və bu siyahıya Gürcüstan və Moldova da əlavə edilə bilər.
“Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə bizimlə qarşıdurma ssenariləri sınaqdan keçirilir”, - Lyukmanov qeyd edib.